Həkim səhlənkarlığı: qulaqları zəiflədi, gözləri çəpləşdi, iflic oldu - VİDEO
Masallı Rayon Mərkəzi Xəstəxanasında aparılan əməliyyat bir gəncin həyatını alt-üst edib.
Oxu.Az-ın məlumatına görə, bel nahiyəsində qıl dönməsi şikayəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Seymur Əlizadəyə dermatol kista diaqnozu qoyularaq əməliyyata alıblar.
Hadisə də elə bundan sonra baş verib. 15 dəqiqə davam edən əməliyyat sonrası xəstənin vəziyyəti ağırlaşıb və o, komaya düşüb.
Xəstənin anası bir neçə gün sonra oğlunu əməliyyat edən cərrah Fəxrəddin Nəzərli və baş həkim Cəlil Nəzərovla dəfələrlə əlaqə saxlayaraq kömək istəyib. Baş həkim əvvəl müalicə üçün xəstəni xarici ölkəyə göndərəcəyinə söz versə də, sonra fikrindən daşınıb.
Məsələ ilə bağlı həm Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovla, həm də cərrah Fəxrəddin Nəzərli ilə əlaqə yaratmaq istəsək də, zənglərimizə cavab verən olmadı.
Baş həkimin müavini Asif Əliyevlə əlaqə yaratdıq. Onun cavabı isə belə oldu:
“İş prokurorluqdadır, gedin, işinizlə məşğul olun”.
Qeyd edək ki, yatağa məhkum olan Seymur Əlizadə yaxın günlərdə ata olacaq.
Daha ətraflı videosüjetdə:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı