Həkim: "Ölkədə mütləq karantin tətbiq edilməlidir əks halda ölüm sayı artacaq" - VİDEO
“Azərbaycanda məhdudlaşdırıcı tədbirlər mütləq həyata keçirilməlidir”.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib. O bildirib ki, gündəlik koronavirusa yoluxma sayı 2000-2200 olması bu tədbirləri labüd edir:
“Epidemiologiyada belə bir qayda var ki, yeni yoluxanların sayı çoxdursa və ya rəqəm hansısa sayda dayanıbsa, mütləq məhdudiyyətlər tətbiq edilməlidir. Əgər məhdudiyyətlər varsa, yeni məhdudlaşdırıcı tədbir əlavə olunmalıdır.
Azərbaycandakı bugünkü mənzərə onu göstərir ki, hazırkı vəziyyət belə davam edərsə, yeni yoluxma sayı və ölüm halları daha da artacaq, xəstəxanalar yüklənəcək. Peyvəndlənmə prosesi başlar-başlamaz karantinin yumşaldılması epidemioloji baxımından doğru deyil. Bu proses əhalinin 70-80 faizini əhatə etdiyi halda effektivdir. Yəni əhalinin 50 faizi peyvənd olunmuş olsa belə, bu, yoluxma sayını azaltmayacaq”.
T. Rəsulova onu da qeyd edib ki, tam qapanma tətbiq edilmədən müəyyən tədbirlərlə yoluxma sayını azaltmaq mümkündür:
“Ölkədə koronavirusun yayılmasının əsas səbəbinin ictimai nəqliyyat olduğunu nəzərə alsaq, pik saatlarda yüklənmə olmasın deyə əhalinin iş saatlarına müəyyən dəyişikliklər edilməsi mümkündür. Həmçinin distant çalışmaq mümkündürsə, mütləq şəkildə distant rejimə keçmək lazımdır. Ofisdən çalışan işçilərin sayının azaltmaq, ictimai nəqliyyatla bağlı dəyişikliklər etmək və s. bu kimi tədbirlər görməklə tam qapanmanın qarşısını almaq olar”.
https://youtu.be/83ISllNdeLo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu şüşələrə vurulan plyonkaya görə 150 manat cərimə yazılacaq (FOTO)
Deputatın oğlu ABŞ-da Masallı adında şirkət açdı
Etibar Pirverdiyevin 1 milyon manatlıq at sevdası - ŞOK FAKTLAR
Vəzifəsini itirən nazirlər həbs oluna bilər
Ümidsiz rəqibi ifşa edən obyektiv sorğu
“Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın”