Həftəsonları kafe və restoranlar işləyəcək?
Azərbaycanda karantin rejimi növbəti dəfə yanvarın 25-dən yumşaldılıb. Belə ki, həmin tarixdən ticarət obyektləri, bərbərxanalar və gözəllik salonlarının fəaliyyəti bərpa edilib. Fevralın 1-dən isə kafe və restoranlar açılacaq.
Həftəsonu ilə bağlı qadağaların tam siyahısı açıqlanmasa da, Operativ Qərargahın son məlumatında qeyd olunurdu ki, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Bəs bundan sonra həftəsonları restoranlar və digər iaşə obyektləri işləyəcəkmi?
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək: “Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda