Dələduzluğa görə həbs edilən tikinti şirkətinin rəhbəri azadlığa buraxılıb

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilən Əkbər Cəfərov azadlığa buraxılıb.

İş adamının şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi onun cəzasını şərti hesab edib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və Cəfərov azadlığa buraxılıb.

Əkbər Cəfərov barəsində ittiham belədir ki, o, “AENT-E” MMC-nin direktoru olan zaman qanunsuz əməllərə yol verib.

Onun əməlləri barədə Xətai Rayon Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin direktoru Ə.Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr müəyyən olunub.

Ə.Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilib.

Xatırladaq ki, onun barəsində iki cinayət işi açılıb. Hər iki cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Qeyd edək ki, hazırda Əkbər Cəfərov özü zərərçəkmiş qismində yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxır.

Ona qarşı dələduzluq etməkdə suçlanan isə qohumu Vaqif Rəhimovdur.

İttihamda yazılır ki, Vaqif Rəhimov Əkbər Cəfərova qarşı 367 min manatlıq dələduzluq edib.

Belə ki, Vaqif Rəhimov həbsdə olan qohumu Əkbər Cəfərovun cinayət işi üzrə istintaq davam edərkən zərərçəkmişlərlə danışıq apararaq barışıq əldə etməli imiş.

Bu məqsədlə də Əkbər Cəfərova məxsus olan obyekti satıb. Amma həmin məbləği mənimsəyib.

İlkin