Həbs olunan DSX generalı azad edilməyib, ev dustağıdır... - Açıqlama
Son vaxtlar kütləvi informasiya vasitələrində və mediada Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini general-leytenant Əfqan Nağıyevin həbsdən azad edilməsi, yenidən DSX-da hansısa mühüm posta təyinat alması barədə xəbərlər yayılır və buna müxtəlif şərhlər verilir.
Demokrat.az-a daxil olan məlumata görə, Baş Prokurorluğa yaxın dairələrdən sızan məlumatlarda belə yazıların həqiqətəuyğun olmadığı, sensasiya naminə şişirdildiyi və heç kimin Əfqan Nağıyevi cinayət məsuliyyətindən azad etmədiyi qeyd olunur. Sadəcə olaraq, onun barəsində əvvələr seçilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.
Hazırda onun barəsində eyni işdə keçən digər şəxslərlə birlikdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət təqibi davam etdirilir.
Kimin təqsirinin olub-olmaması məsələsinə dair son qərar məhkəmədə veriləcəkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aparıcılara Şəbnəm-Damla qadağası
Azərbaycanda şəkər tozunun qiyməti artdı
Xəstə insanlar orucu necə tutmalıdır? - Həkimdən Ramazan ayı məsləhətləri
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
Səhiyyə Nazirliyindən Rafael Dadaşovun səhhəti ilə bağlı açıqlama