Həbibə nəyi qadağan ediblər - Məşqçisi danışdı
Amerika Kikboksinq Akademiyasının (AKA) məşqçisi Xavyer Mendes məşhur döyüşçü Həbib Nurməhəmmədova qoyulan qadağadan danışıb.
O bildirib ki, Həbibə oktaqonda zərbə texnikasından istifadə etməyə icazə vermirlər.
Mendes deyib: “Hamıya yaxşı məlumdur ki, Həbib müdafiədə çox arxayın davranır. Amma ətrafdakıların ağlına da gəlmir ki, o nə qədər güclüdür. Oktaqonda mən də, atası da ona zərbələrdən istifadə etməyə qadağa qoymuşuq”.
Məşqçi onu da deyib ki, döyüşçününü müxtəlif bacarıqlarını nümayiş etdirməsindən daha çox onu nəticə maraqlandırır.
Mendes əlavə edib: “Onun əsas silahı mübarizənin özüdür. Yüngül çəkidə bu baxımdan onunla yarşışa biləcək adam tanımıram”.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı