Gürcüstanda azərbaycanlı 18 il müddətinə azadlıqdan məhrum olunub
Gürcüstanın Telavi Rayon Məhkəməsi 2015-ci ildə Saqareco rayonunun Ləmbəli kəndində qətl törətməkdə ittiham olunan Şamxan Veçilovun işi üzrə qərar qəbul edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Ş.Veçilov qəsdən adam öldürmə, öldürməyə cəhd və odlu silahın qanunsuz saxlanılması maddələri ilə günahkar hesab olunaraq 18 il müddətinə azadlıqdan məhrum olunub.
Faktlarla sübuta yetirilib ki, Ş.Veçilov 2015-ci ilin noyabrın 19-da 14 min lari borc pul üstündə “Makarov” tipli tapança ilə 1971-ci il təvəllüdlü N.P. adlı şəxsi qətlə yetirib, 1956-cı il təvəllüdlü M.Q. adlı şəxsi isə yaralayıb.
Qeyd edək ki, Ş.Veçilov hadisədən 3 il sonra – 2018-ci ilin iyununda Saqareco rayonunda saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı