“Günlərdir anamla uzaqdan salamlaşıram”
“İtaliya və İspaniyada nələr baş verir. Onlar da bizim kimi emosional, bir-birini öpüb-qucaqlayan insanlardır. Görün, bir günə neçə yüz insan vəfat edir. Karantinin ciddiliyi özümüzü, böyüklərimizi qorumaqdır”.
Bu sözləri Xalq artisti Faiq Ağayev “Xəzər” TV-də yayımlanan “5/5” proqramında deyib.
O, günlərdir anasını görmədiyini bildirib:
“Anam 76 yaşındadır, tək qalır. Uzaqda yaşamır, evlərimiz yaxındır. Rəhmətlik atam tələb qoymuşdu ki, mənim arvadım sizə qulluqçu deyil. Görmək istəyirsinizsə, gəlin, yeyin için, sonra evinizə gedin. Qoyun, tək – bəy balası kimi yaşasın. Atam bunu vəsiyyət etdi. Novruz bayramından bəri onu görmürəm. Nəsə bazarlıq lazım olur, alıram. Görəndə də maskalı, əlcəkli paketləri qapısının ağzına qoyuram, uzaqdan salamlaşırıq. Yaşlı insanlarımız niyə küçəyə çıxır? Niyə sizi polis tutub evə aparmalıdır? Hamı özünə güvənir, deyir ki, mən yoluxmayacam. Bu virusun dadı, iyi yoxdur. Haradan biləcəksiniz ki, yoxulmusunuz? Bir-birimizə dəstək olmalıyıq. Qonşunuz da tək yaşayan insanlar var. Zəng edin, qapısını döyün, bəlkə nəsə lazımdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!