Günay keçmiş həyat yoldaşını ittiham etdi

“Yaprak dökümü” serialı ilə məşhurlaşan aktyor Tolqa Karelin “İlk göz ağrım” şərhi ilə qızının fotosunu paylaşması tənqid edilib. Hadisənin ardından ötən gecə Nişantaşında görüntülənən azərbaycanlı model Günay Musayeva aktyorun oğlu ilə maraqlanıb-maraqlanmaması ilə bağlı danışıb.
Minval.info türk mediasına istinadən xəbər verir ki, Günay “Keçmiş həyat yoldaşınız Tolqa Karellə görüşürsünüz? Aliment verir?” suallarına belə cavab verib:
“Aradan 10 il keçib. Onunla görüşmürük. Nə aliment, onu da keçdim, uşağını belə axtarmır. Onun verəcəyi pula ehtiyacımız yoxdur. Hər kəs öz yolunda”.
Qeyd edək ki, Tolqa Karellə Günay Musayeva 4 illik ailə həyatından sonra 2015-ci ildə boşanıblar. Cütlüyün Cahangir adlı bir oğlu var. Bundan sonra Karel 2016-cı ildə amerikalı Sara Skotla ailə qurub. Hazırda Amerikada yaşayan aktyorun 2-ci evliliyindən 4-cü övladı dünyaya gələcək.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!