Günay İbrahimliyə görə yolu bağladılar - Polis onu niyə müşayiət edir?

İki gündür, Bakıda yaşanan tıxac gərginliyi sakinlərin əsəbini tarıma çəkib. Bakı-Sumqayıt yolunun “vaxtsız” təmiri paytaxtın az qala hər yerində avtomobil sıxlığının yaranmasına səbəb olub. Lakin Sumqayıtdan, Xırdalandan və yaxın qəsəbələrdən gələn alternativ yollarda sıxlıq “hərarəti” daha çox yüksəldib. Bu ərazilərdən biri də Sulutəpə qəsəbəsindən keçən yoldur.
“BakuPost” xəbər verir ki, bu gün axşam saatlarında bu yolu Dövlət Yol Polisi əməkdaşları izahatsız bağlayıblar. Sürücülər düşünüblər ki, yəqin, yüksək vəzifəli şəxslərə görə bu addım atılıb. Təxmini yarım saat istidə əziyyət çəkən sürücülər boş saxlanan yoldan şütüyən avtomobilləri gördükdən sonra isə sözün əsl mənasında şoka düşüblər. Şahidlərin sözlərinə görə əvvəlcə nömrə nişanı 010-la bitən “Lexsus” markalı mülki maşın, arxasınca isə ağ rəngli, dövlət nömrə nişanı 004-lə bitən “Porsche” markalı avtomobil keçib. Onları isə bir yol polisi avtomobili müşayiət edib.
Sürücülər yolu bağlayan yol polislərindən öyrəniblər ki, arxada gedən “Porsche” müğənni Günay İbrahimlinin avtomobilidir. Müğənniyə görə yolun niyə bağlanıldığına isə cavab ala bilməyiblər. Bircə o məlum olub ki, müğənni Sulutəpədə bir villada yaşayır.
Xatırladaq ki, Günay İbrahimlinin ağ “Porsche” alması ilə bağlı bir müddət əvvəl mətbatda yazılar dərc edilib. Onun əvvəlki “Range Rover” avtomobilini də “004” nömrə ilə sürdüyü bəllidir.
İş vaxtı bitdiyindən məsələ ilə bağlı rəsmi qurumlardan mövqe öyrənə bilmədik.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi