Günay fərqli obrazlarla təəccübləndirdi - Video
Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib.
Minval.info xəbər verir ki, “Bu zamandan sonra” adlı mahnının müəllifi Zülfi Bədəlovdur. İfaçı yeni klipinin rejissor işini Dele Orucluya həvalə edib. Ekran işində Günay izləyiciləri qarşısına bir neçə obrazda çıxıb.
Karantin günlərində insanları pozitivə yükləmək istədiyini bildirən İbrahimli “Mahnıdan bir hissəni İnstaqramımda paylaşmışdım. Gələn reaksiyalardan çox bəyənildiyini anladım. Bundan başqa havalar istiləşir. Həm də ölkə ərazisində koronavirusla bağlı karantin rejimidir. Ona görə də düşündüm ki, məhz rəngarəng klip və ritmik mahnı ilə #evdəqal mesajına dəstək olum, hər kəsi pozitiv əhval-ruhiyyəyə yükləyim” deyə, qeyd edib.
https://www.youtube.com/watch?v=QPrMK9q_YtA&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır