Günahdır, haqqına girməyin - Oksana Rəsulova
Rəqqasə Oksana Rəsulova süni yolla uşaq dünyaya gətirdiyi üçün tənqidlərə və qınaqlara tuş gəlib. Bu səbəbdən sənətçi özünün sosial media hesabında deyilənlərə münasibət bildirib.
Minval.info xəbər verir ki, Oksana süni mayalanma ilə dünyaya gələn uşaqların atasız olmadığını qeyd edib:
“İllərdir ki, Azərbaycanda sonsuzluğa qarşı olan, övlad həsrəti ilə yaşayan insanlar üçün heç bir müalicə kömək etmədiyi halda – XXI əsrin öndə gedən tibb proseduru süni mayalanmadır. Hal hazırda qadın sonsuzluğu ilə bərabər kişi sonsuzluğu da geniş yayaılıb və bir çox ailələr məhz süni mayalanma üçün həkimlərə müraciət edirlər. Yəni, demək istəyirəm ki, süni mayalanmadan olan uşaq bəzilərinin başa düşdüyü kimi atasız olmur, hər bir uşağın atası var. Vay o günə ki, uşaq atası yanında ola-ola atasız qalsın, belə şeylərdən qorxun, yazın, danışın ki, olmasın! Ona görə də “Süni mayalanmadan olan uşaq atasızdır” kimi fikirlər söyləməyin, günahdır, körpələrin haqqına girməyin. Süni mayalanma nikahlı ailələrə də edilir! Göydə Allah, yerdə isə peşakar həkimlər… Və təbii ki , yanında olan, sənə ürək-dirək verən ailən. Allah arzularınıza və saf niyyətlərinizə çatdırsın”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi