“Günah deyil ki, gizlədim” - “Bozbaş pictures”in Fəlakəti evlənir
“Bozbaş Pictures”in Fəlakəti Elşən Orucov subaylığın daşını atmaq fikrindədir.
Minval.İnfo xəbər verir ki, Yenicag.az-a açıqlama verən aktyor toyunun olacağını deyib: “Komandamızda demək olar ki, hər kəs evlidir, Azər Baxşəliyevlə məndən başqa. Azər nişanlıdır. Elə mən də bu il subaylığın daşını atmaq fikrindəyəm”.
Maraqlıdır, görəsən Elşənin seçdiyi qız pərəstişkarlarından deyil ki?
Aktyorun cavabı belə olub: “Pərəstişkarlarım məni yox, Fəlakəti sevirlər. İşlə şəxsi həyatı qarışdırmıram. Sevdiyim qız tamam başqa sahənin adamıdır. İnşallah, toyum olanda, hamı biləcək. Bu günah deyil ki, gizlədim”.
E. Orucov seçim edərkən, xarici deyil, daxili gözəlliyə önəm verdiyini də gizlətməyib:
“Təbii ki, mənim üçün gözəllik də önəmlidir, amma xasiyyət pis olandan sonra, o gözəllik də adamın gözünə görünmür. Buna görə də fikirləşirəm ki, xasiyyət birincidir. Əgər içi gözəldirsə, mütləq üzünə vuracaq”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!