Gün gələcək Ermənistanla münasibət quracağıq -
“Bu gün bəşəriyyətin ən miqyaslı, ən ağır, ən dəhşətli hərbi cinayətinin 73 ili tamam olur. 1945 ildə ABŞ-ın hərbi qüvvələri Yaponiyaynın Xirosima və Naqasaki şəhərlərini amansızcasına yerlə yeksan etdi. Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsidir. Nəticədə, “Bala” və “Gonbul” adlı nüvə bombaları bir anın içində yüz minlərcə (!!!) adamın həyatına müdhiş, faciəvi son qoydu”.
Minval.info xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb. Nəhəng dövlətlər arasında baş verən müharibələri yada salan görkəmli sənətçi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da şərh verib:
“Zaman keçdi. İndi amerikalılarla yaponlar əməkdaşlıq, müttəfiqlik və hətta dostluq münasibətlərindədir. Eyni hal II Dünya müharibəsində milyonlarla insan itkisi vermiş SSRİ və Almaniya xalqları arasında da baş verdi. Yəni heç kim, heç bir millət, ya dövlət rəqibi ilə əbədi düşmənçilik içində yaşamır. Söhbəti özümüzə şamil etmək fikrindəyəm, əslində. Gün gələcək və nə vaxtsa (əlbət ki, dərhal yox) biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi – Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq. Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox”.
Xalq artisti sözlərinə onu da əlavə edib ki, Azərbaycan yalnız işğal olunmuş torpaqlarını azad etdikdən sonra Ermənistanla münasibətlərini bərpa edə bilər:
“Bu, yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağının düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər. İndidən erməni ağuşuna hoppananlar üçün isə Atalar yaxşı deyib: “Tələsən təndirə düşər!”
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi