Gülşahın xəz sevgisi tənqid olundu

Modelyer Gülşah Saraçoğlunun ötən gün qonaq olduğu “2. sayfa” proqramında səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.
Minval.info xəbər verir ki, modelyer orijinal xəz geyinməyi sevdiyini, insanların buna görə tənqidini önəmsəmədiyini açıqlayıb:
“Orijinal xəzi çox sevirəm və geyinirəm. Bir çox sənətçi dostum var ki, onlar da geyinir, amma bunu gizlədirlər. Təbii ki, çox üzücü vəziyyətdir, amma bu mövzulara girmək istəmirəm. Haradasa 50-yə yaxın kürküm var. Bununla bağlı sərt reaksiyalar alıram. Parisdə, Milanda, Amsterdamda, Nyu-Yorkda ağlınıza gələn hər yerdə geyinirəm, hələ ki, heç nə olmayıb.
Göstərişli göründüyü, həm də isti saxladığı üçün seçimim belədir. Bu məsələ ilə bağlı məni çox tənqid etdilər. Fərqi yoxdur. Sosial media hesabımda şərhləri bağlamıram, hesabları blok etmirəm, heç kim vecimə belə deyil… Qadınlar iki şeyi çox sevər və həmişə gizlədərlər – estetik və fal. Belə şeyləri sevirik. Heç nəyi gizlətməyən qadınam. Yalan danışmağı sevmirəm. Bəli, mən xəz geyinirəm”.
Modelyerin bu çıxışından sonra efirə qoşulan izləyicilərdən biri ona “Ət yemək bədənimizin tələbatıdır. Amma kürk yerinə bir çox şey geyinmək mümkündür. Kürk geyinmək cinayətdir” sözlərini ünvanlayıb.
Gülşah cavabında “Bu mövzulara girsək, verilişin vaxtı çatmaz. Bunu dünyada təkcə mən və Bülent Ersoy edirmiş kimi qəbul edilməməlidir. Çorluya gedin, orada dəri fabrikləri var” ifadələrini səsləndirib.
Qeyd edək ki, “Balenciaga”, “Gucci”, “Alexander McQueen”, “Giorgio Armani”, “Saint Laurent” kimi bir çox məşhur marka artıq orijinal xəzlərdən imtina edib.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi