Gülnarə Kərimova azadlığı üçün Prezidentə pul təklif etdi - Yarım milyard dollar
Özbəkistanın ilk Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova azadlığa çıxmaq üçün ölkənin hazırkı dövlət başçısı Şavkat Mirziyoyevə yarım milyard dollar təklif edib.
Bu barədə Gülnarə Kərimovanın qızı İman Kərimova instaqram hesabında onun adından məlumat yayıb.
Həbsdə olan Kərimova məktubunda səhhətinin daha da pisləşdiyini və əməliyyat olunmaq üçün azadlığa çıxmalı olduğunu vurğulayıb.
Eks- Prezidentin qızı həmçinin qeyd edib ki, ona aid İsveçrə banklarında saxlanılan 686 milyon dollar vəsaitlə bağlı heç bir iddia qaldırmayacaq.
Gülnarə Kərimova eyni zamanda bildirib ki, 1,2 milyard dollarlıq aktivləri çoxdan onun nəzarətindən çıxaraq dövlət büdcəsinə işləyir.
Xatırladaq ki, G. Kərimova 2017-ci ilin dekabrında qanunsuz yolla 53 milyon dollar mənimsədiyinə görə haqqında hökm oxunaraq həbs olunmuşdu. O, hazırda Daşkəndin 21 nömrəli qadın koloniyasında cəzasını çəkir.
(qafqazinfo)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi