Gülay yeni layihəsini təqdim etdi - Video
Müğənni Gülay Zeynallı uzun fasilədən sonra “Elə bil” adlı yeni layihəsini təqdim edib.
Minval.info xəbər verir ki, sənətçi musiqisi Tərlan Məmmədhüseynov, sözləri tanınmış meyxana ifaçısı Rəşad Dağlıya məxsus mahnını ekranlaşdırmaq qərarına gəlib. O, bunun üçün rejissor Delee Orucluya müraciət edib.
“Klip çox başıbəlalı oldu. Çəkilişləri iki dəfə təxirə salındı. Buna komandaya daxil olan uşaqların koronavirusa yoluxması səbəb oldu. Tilsimi heç cürə qıra bilmirdik. Axır ki, çəkildi.
Klip Bakıda lentə alınıb. Mənim üçün dörd özəl geyim hazırlanıb. İstifadə etdiklərimin hamısı bahalı zinət əşyalarıdır, heç bir aksessuar yoxdur.Stilim üzərində Elnur Həsənov çalışıb.
Ümid edirəm ki, dinləyicilər bəyənəcək”,- deyə G. Zeynallı yeni layihəsi barədə danışıb.
https://www.youtube.com/watch?v=Bi6q370tBcs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!