Gülər Əhmədova efirə qayıtdı: Veriliş aparacaq
Sabiq deputat Gülər Əhmədova “Lider” kanalında veriliş aparacaq.
Kult.az xəbər verir ki, keçmiş deputatın aparıcılıq edəcəyi hüquq verilişi yaxın günlərdə efirə çıxacaq.
Sabiq millət vəkili verilişlə bağlı bütün detalları Lider TV-nin yayacağını söylədi.
Lider TV-dən məlumat təsdiqlənib və bildirilib ki, verilişin nə zaman yayıma gedəcəyi hələ bəlli deyil:
“Hazırda verilişin anonsları hazırlanır”.
Qeyd edək ki, G.Əhmədova Milli Məclisin dördüncü çağırış seçkilərində Bakı şəhərinin Xətai rayonundan deputatlığa namizədliyini irəli sürüb və üçüncü dəfə deputat seçilib. Lakin cinayət məsuliyyətinə cəlb olunması və həbsə düşməsi ilə bağlı deputat mandatından məhrum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının 18 istiqamətində nəqliyyat sıxlığı yaşanır
Pivə zavodu Xəzərə çirkab axıdır? Araşdırma başladı
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü