Güclü yağış Lənkəranda torpaq sürüşməsi və uçqunlara səbəb olub

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib.
“Report”un Cənub mərkəzinin məlumatına görə, son günlərdə leysan yağışları nəticəsində 22 km-lik Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun son 6 kilometrində, xüsusilə Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan yolda uçqunlar olub.
Yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən asfalt qatı dağılıb. Yolun bir hissəsinin çökməsi ilə 1,5 metr enində və 10-15 metr uzunluğunda yarğanlar yaranıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağı doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var.
Bundan başqa, dağ massivindən aşağı axan sel suları, əsasən, yolun su ötürücülərinin keçdiyi hissədə dağıntılar yaradıb.
Artıq yolun bərpası istiqamətində tədbirlərin görülməsi məqsədilə texnikalar əraziyə gətirilib. Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulub. Təmir-bərpa işləri hava şəraiti sabitləşəndən sonra aparılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda məşhur müğənni əməliyyat otağından qaçdı
Yaşlı kişinin başını qatdı, dostu kassadan pulları apardı (VİDEO)
Bakıda mənzil fırıldaqçıları HƏBS OLUNDU
Bakıda ərəb turist otelə çağırdığı qadını döydü
87 yaşlı kişi eyvandan yıxılıb öldü