Göygöldə mal-qara oğruları saxlanılıb
Göygöl rayon Şəhriyar kənd sakini Allahverdi Qarayev rayonun Polis Şöbəsinə müraciət edərək ona məxsus fermadan ümumi dəyəri 13000 manat olan 10 baş iri buynuzlu mal-qarasının və 1 rəst atının oğurlandığını bildirib.
Bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon Qızılhacılı kənd sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qalib Qurbanov və Goranboy rayonu Əlirizalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan, 1984-cü il təvəllüdlü Elzamin Bayramov saxlanılıb.
Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxlərin cari ilin iyul ayının müxtəlif vaxtlarında Yevlax, Tərtər və Bərdə rayonlarında da analoji cinayət hadisələrini törətməklə ümumilikdə 51 baş iri və xırda buynuzlu heyvanları oğurladıqları müəyyən olunub.
Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər