Göygöldə faciə: 60 yaşlı kişi oğlunun əməlindən utanıb intihar etdi
Göygöl rayonunda 60 yaşlı kişi oğlunun əməlinə görə intihar edib.
Qafqazinfo-nun məlumatına görə, rayonun Yeni Zod kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Tofiq İmran oğlu yaşadığı evdə zərərli həşəratlara qarşı çoxlu sayda dərman içib.
Kənd sakinlərinin verdiyi məlumata görə, T.Məmmədov oğlunun oğurluq etməsindən utandığı üçün bu yola əl atıb. Belə ki, fevralın 11-də onun 28 yaşlı oğlu Elvin Məmmədov bir neçə tanışı ilə birlikdə qonşularının evinə gizli girərək, 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar.
Oğurluğu törədən şəxslər tutulub, Tofiq Məmmədovun oğlu da saxlanılanlardan biri olub.
Bundan sonra kənd sakinləri arasında bu məsələ ətrafında müzakirələr aparılıb. İlkin məlumata görə, 60 yaşlı T.Məmmədov oğlunun bu əməlini özünə sığışdırmadığı üçün intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı