Göyçayda bankirin oğlu məktəbli qızı maşınla vurub şikəst etdi – VİDEO
İşıqforun qırmızı işığında hərəkət edən sürücü ağır qəza törədib
Minval.info xəbər verir ki, yanvarın 28-də Göyçay rayonunun mərkəzində Fərid Abdullayevin idarə etdiyi 10 MX 073 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomobil piyadanı vurub. 11 sinif şagirdi olan qız yolu keçərkən Fərid Abdullayev işıqforun qırmızı işığında hərəkəti davam etdirərək yüksək sürətlə piyadanı vurub. Zərbədən piyadanın onurğa sütunu sınıb.
Hazırda ağır vəziyyətdə xəstəxanadadır.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov Unikal.org-a açıqlamasında bildirib ki, qəzanı törədən sürücü Fərid Abdullayevin izahatı alınıb. Göyçay Rayon Polis idarəsində hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Fərid Abdullayevin atası İlqar Abdullayev Göyçayda Zamin bankın filial müdiri olub. Hazırda filial bağlansa da o, valyuta dəyişmə məntəqəsi işlədir. Oğlu isə Göyçayda avtoxuliqanlıq edirmiş. Nəticədə bu cür qəzaya səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya ordusu qadınları hərbi xidmətə çağırır
Azərbaycan kanallarında məhdudiyyət qoyulacaq - Saatı və səbəbi
Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin görüntüləri VİDEO
Zəngilanın azad olunmasını Prezidentə məruzə edən polkovnik danışdı
Qeyr-sabit hava nə zaman düzələcək?
"Leyla Medical Center"də ərəb turist ölüb