Göyçayda 50-yə yaxın vəzifəli şəxs istefa verib? - AÇIQLAMA - SİYAHI
Göyçayda 50-yə yaxın vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı icra başçısına ərizə ilə müraciət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Siyahıda adı keçən şəxslər bir neçə kəndin icra nümayəndəsi, icra nümayəndəsinin müavinləri və mühasiblərdir. Yayılan ərizələrdə həmin şəxslərin səhhətində problemin olması ilə bağlı işdən çıxmaq istədiyi vurğulanır.
“Qafqazinfo” məsələyə Göyçay rayon icra hakimiyyətinin informasiya sektorunun müdiri Nicat Musayevdən münasibət öyrənib. O bildirib ki, yayılan məlumatın əsası yoxdur: “Biz siyahı ilə tanış olmuşuq. Həmin şəxslərlə də əlaqə saxlamışıq. Deyirlər ki, elə bir ərizə yazmayıblar. Həmin xətt də onlara mənsub deyil. Bunu yayanlar rayonun sosial-iqtisadi inkişafını gözü götürməyən şəxslərdir. İcra hakimiyyətində bununla bağlı hələ ki araşdırma başladılmayıb”.

ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda