“Görəndə baş əyəcəm” - Bacılardan xalq artistinin bacısına CAVAB - VİDEO
ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları müğənni Sevinc və Sevil Səfərova bacıları olub.
Sevil-Sevinc bacıları xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın, onların ünvanına dediyi sərt sözlərə reaksiya verib.
Sevil Səfərova Allahın onları insan olaraq yaratdığını deyib:
“Lalə Dadaşovanın dediyi sözlərdə doğruluq ola bilər. Amma Allah məni soxulcan olaraq yox, insan olaraq dünyaya gətirib. Məni heç kim, heç nəyə məcbur edə bilməz. Bizim öz ağlımız, dərrakəmiz var. Heç vaxt kiminsə sözünə qulaq asıb, yaşda özümdən böyük olan insana hörmətsizlik etmərəm. Qızlar bu gün öz mahnıları, duet ortaqları və gördüyü işlərlə gündəmə gəlmək istəyər. Amma bizim sənətkarımız Brilliant xanıma söz atmaqla gündəmə gəlməyi heç vaxt istəmərik.
O verilişdə bizdən “hansı sənətçi yaşını dəyişib?” soruşdular, biz də eşitmişik ki, Brilliant xanım öz yaşını dəyişib. Dedik bilirik, əminik demədik. Burada hörmətsizlik, tərbiyyəsizlik yoxdur, heç kəsin insanlığını alçaltmamışıq. Ola bilər o bizi tanımır. Mən Brilliant xanımın şəxsiyyətinə çox böyük hörmət edirəm. Onun sənətini də, özünü də çox sevirəm. Dəfələrlə də əyləşib çörək kəsmişik, bərabər qastrollarda da olmuşuq. Yenə də Lalə və Brilliant xanımı görəndə qarşılarında baş əyəcəm”.
https://www.youtube.com/watch?v=PZNTN_X8an0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır