Gömrükdə külli miqdarda tibbi maddələr aşkarlandı
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Xanoba” gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Lada Priora” markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan qaz balonunun orta hissəsində və avtomobilin salonunda maqnitofon üçün nəzərdə tutulan yerin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən, stomatologiya sahəsində istifadə edilən 10 adda 1131 ədəd tibbi maddə və ləvazimatlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı