15.08.2022 - 14:49
Ölkə 20 baxış

Gömrük Komitəsində bu generala yüksək vəzifə verildi

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə yeni rəhbər təyin olunub.

Musavat.com Demokrat.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” Birliyinin direktorun müavini vəzifəsinə təyin edilib və direktor vəzifəsinin müvəqqəti icrası general-mayor Kənan Aşurluya tapşırılıb.

Qeyd edək ki, Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

51 yaşlı K.Aşurlu Naxçıvan MR-in Şərur rayonundandır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: