"Geyim soğan qabıağı kimidir" - Vüsalədən geyimini tənqid edənlərə
Aparıcı Vüsalə Əlizadə yeni verilişi “7 canlı”ya geyindiyi dekolteli libasının müzakirə olunmasına reaksiya verib.
Axşam.az xəbər verir ki, aparıcı bunla bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, insana geyimə görə qiymət verməyi qəbul etmir:
“Geyim soğan qabıağı kimidir: üst görkəmindən şirin, ya acı çıxacağını kimsə bilməz. Bir qadının da əsaləti və zərifliyi daxilindən, doğuşdan gəlməlidir. Geyimlə ölçülməyəcək çəkisi olmalı hər xanımın”.
Qızı Diləklə fotosunu yayımlayan Vüsalə sözlərinə bunları əlavə edib:
“Sol yanım, can payım, yarım, sirdaşım. Sayəsində – güclü qadın, mübariz, məğlubolmaz insan və nümunəvi ana olmağı öyrəndiyim varlığım. Həyatı bərabər öyrənirik, Allahın bizdən aldıqları və verdikləri ilə çox xoşbəxtik. Şükürlər olsun… Həyatımın ən böyük yatırımı, “mənimdir” deyib, sahib olduğum tək varlığı… Nə yaxşı ki, varımsan, həyat dostum”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!