01.10.2026 - 14:11
Gəncədə 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildi
Hadisə 5 baxış

Gəncədə 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildi

Gəncə şəhərində zəhərlənmə hadisəsi qeydə alınıb. Beş şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Minval.info xəbər verir ki, hadisə şəhərin məktəblərindən birində baş verib. Zəhərlənən şagirdlər müəllimlərin səyi nəticəsində dərhal tibbi müəssisəyə çatdırılıblar.

Onlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına Yoluxucu xəstəliklər şöbəsində müalicə alırlar.

Hazırda şagirdlərə lazımi tibbi yardım göstərilir və vəziyyətləri nəzarət altındadır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: