28.11.2026 - 13:04
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
Hadisə 298 baxış

Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü

Publika.az-ın məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən Azərbaycan əsilli Gürcüstan vətəndaşı Elşad İsmayılov Ukrayna ordusuna əsir düşüb. 38 yaşlı İsmayılov əvvəllər Tbilisidə yaşayıb, lakin sonradan Rusiyaya köçüb.

Bu il iyunun 25-də Moskva polisi tərəfindən parkda yaşadığı üçün saxlanılan İsmayılov, Moskva hərbi komissarlığında Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi imzalayıb.

Məlumata görə, sentyabrın 28-də İsmayılov “Özbək” ləqəbli digər hərbi qulluqçu ilə birlikdə hücum əməliyyatına göndərilib. İsmayılovun sözlərinə görə, döyüş yoldaşı əməliyyatda iştirak etməmək üçün özünü ayağından yaralayıb və ona əməliyyatı tək davam etdirmək əmri verilib.

O, oktyabrın 5-də marşrut üzrə hərəkət edərkən Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb və hazırda Ukraynada saxlanılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: