Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib
Bərdə rayonunun Əliyanlı kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Publika.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə iki nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əməliyyat zamanı bağlı qapı arxasında olan şəxslərin qapıya və telefon zənglərinə reaksiya vermədikləri müəyyən edilib.
Xilasedicilər giriş qapısını xüsusi vasitələrlə açaraq evə daxil olub və 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və onun həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanı huşsuz vəziyyətdə tapıblar.
Zərərçəkmişlər ilkin olaraq dəm qazından zəhərləndikləri ehtimalı ilə təcili yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıblar. Təəssüf ki, Pərvanə Hüseynova həkimlərin səylərinə baxmayaraq vəfat edib, Kənan İmaməliyevin vəziyyəti isə orta ağırdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əfqanıstanda məktəb yaxınlığında partlayış: ölənlərin sayı artır
Peruda hərbi helikopter qəzası: səkkiz əsgər həyatını itirib
Naməlum silahlılar gəmini ələ keçirdi
Əfqanıstanda məktəbdə partlayış: çox sayda ölü və yaralı var
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü