Naməlum silahlılar gəmini ələ keçirdi
Yəmənin cənub sahilləri yaxınlığında, Ədən körfəzindən keçən bir gəmi naməlum şəxslər tərəfindən ələ keçirilib. Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Gəminin kapitanı bildirib ki, silahlı şəxslər Qrinviç vaxtı ilə saat 06:30-da icazəsiz olaraq gəminin göyərtəsinə çıxıblar. Hadisə zamanı gəmi Yəmənin Balhaf şəhərindən 64 dəniz mili, təxminən 118 kilometr məsafədə olub. UKMTO-nun verdiyi məlumata əsasən, gəmi hələ də silahlı qruplaşmanın nəzarətindədir.
Yerli hakimiyyət orqanları hadisə barədə məlumatlandırılıb və hazırda araşdırma aparılır. UKMTO bu ərazidən keçən bütün gəmilərin heyətlərini ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə dərhal idarəyə məlumat verməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əfqanıstanda məktəb yaxınlığında partlayış: ölənlərin sayı artır
Peruda hərbi helikopter qəzası: səkkiz əsgər həyatını itirib
Əfqanıstanda məktəbdə partlayış: çox sayda ölü və yaralı var
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib