"Gecəni Toliklə baş-ayaq yatdıq" - Şəbnəm Tovuzlu (Video)
Müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” verilişində Tolik barədə danışıb.
“Ölkə.Az” xəbər verir ki, sənətçi Tolikin illər öncə məclislərin birində onu qorumasından söz açıb.
“2006-cı ildə skripka ifaçısı Ramin Brilliant xanımla toylara gedən vaxtlarında məni Xızıya böyük bir banketə apardı. Getdim gördüm ki, Zamiq Hüseynov, Səidə Sultan da orada idi. Çox hörmətli, gözəl insanların məclisi idi. İlk dəfə Toliki orada gördüm. Arıq, balaca, sakit bir qız idim. Gecə dedilər, səhərə də məclis var, qalın.
Mən qorxdum, nə olursa olsun, evə qayıtmaq istədim. Tolik dedi ki, mən buradayam, qorxma. Ona sığındım, gecəni baş-ayaq yatdıq. Səhəri də özü məni Bakıya gətirdi. Onun fədakarlığını heç vaxt unutmaram. Hacıya da danışmışam. İlk dəfədir bu barədə danışmışam”.
Tolik onun bu sözlərinə zarafatla cavab verib: “Sənə bir sirr açım, o vaxt sən Hacını tanımırdın, Hacı məni tanıyırdı. Səni mənə tapşırmışdı ki, bu qızdan muğayat ol, mən onu 10 ildən sonra alacam”.
https://youtu.be/p3tq5i2SaJI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır