"Əgər həyat yoldaşım boşanma ərizəsi yazmasaydı..." - Lalə
“Tələbləri çox yüksək olan bir qadınam. Ola bilər evdə fiziki olaraq, hansısa yeməyi bişirməyə, qonaq qarşılamağa çatdırmayım. Amma evimdə bunu edəcək insanlar olub. Ailəm də buna görə dağılmayıb. Heç kim heç nədən sığortalı deyil”.
Minval.info xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Söhbətsiz” verilişində deyib. Müğənni ailəsinin dağılmasının sonu ilə bağlı yayılan söz-söhbətə son qoyub:
“Mənim ailəmlə bağlı sözlər deyənin özü də boşanıb. Bir kişiyə bu sözləri yaraşdırmıram. Mənim arxamda kişi yoxdur. Mən təkəm. Bəlkə mənim ailəm 8 il yox, daha çox davam edərdi. Bir yox, iki 8 il dözərdim. Əgər keçmiş həyat yoldaşım boşanmağa ərizə verməsəydi. Mücadiləni hər iki tərəf etməlidir. Bir tərəf mücadilə edirsə, qırılmalıdır. Hər zaman deyirəm, övladlarımın atasıdır. Onun haqda pis danışa bilmərəm. İnsanın tələbləri, baxışı zamanla dəyişir”.
Qeyd edək ki, L.Məmmədovanın iki övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi