“Gənclik”də avtomobil dayanacağa girdi - Nişanlı cütlük yaralandı (FOTO)
“Gənclik” metrostansiyası yaxınlığında Fətəli Xan Xoyski prospektində yol-nəqliyyat hadisəsi baş verib.
“Minval.info” xəbər verir ki, minik avtomobili avtobus dayanacaq məntəqəsinə çırpılıb.
Nəticədə səkidə olan 22 yaşlı qızla 23 yaşlı oğlan yaralanıb.
Səhiyyə Nazirliyindən mətbuat xidmətindən verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 18:37 də daxil olub. Hadisə yerinə gələn təcili yardımın həkim briqadası qıza sol bazunun travması, oğlana alının kəsilmiş yarası diaqnozunu qoyub. Yaralıların həyatları üçün təhlükə yoxdur.
Qeyd edək ki, qızla oğlanın nişanlı olduğu bildirilir.
Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı