Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya düşdü - 19 yaralı+Fotolar
Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Minval.info Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı sərnişin daşıyan avtomaşınla “Ford” markalı avtomobil toqquşub. Nəticədə 19 nəfər xəsarət alıb.
Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu və Həsənov Qalib Cavanşir oğlu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanların digər hissəsi Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların adları hələ ki, müəyyənləşməyib.
Mikroavtobusda olan sərnişinlər Gəncəyə “N” saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.
Fakt araşdırılır.



ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı