Gənc qadını dekoltye geyiminə görə təyyarədən yerə atmaqla hədələdilər — FOTOLAR

21 yaşlı Emili Okonnorun təyyarədə yaşadığı biabırçılıq dünya mətbuatının gündəminə düşüb.
“Ölkə.Az” xəbər verir ki, qadını geyiminə görə təyyarədən atmaqla hədələyiblər. O, Birminqemdən Tenerifə uçarkən dekoltye geyiminə görə bu hadisə ilə üzləşib. Ona “üstünü örtməzsən səni təyyarədən yerə atarıq” sözü ilə hədələyiblər.
Emili İngiltərənin Birminqem şəhərindən Kanar adalarına uçmaq üçün hava limanına gedib. Bilet alan qadın gözləmədiyi davranışla rastlaşıb. Ekipaj qadının geyimini göstərib təyyarəyə belə minə bilməyəcəyini bildirib. Emili isə baş verənləri Tvitterdə bütün dünyaya yayıb. Məlum olub ki, 4 nəfərlik ekipaj Emilini də, baqajını da təyyarədən çıxartmaqla hədələyiblər.
Okonnor hava limanında eyni paltarla gəzişib və problemlə üzləşməyib. Onun qohumu pencəyini Emiliyə verib və qadın təyyarəyə minib. Hadisə yayıldıqdan sonra şirkət Emilidən üzr istəyib.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu