Fuad Abbasovun vəkilindən son məlumat
“Fuad Abbasov mayın 28-dən öncə Azərbaycana ekstradisiya edilə bilər”.
Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan jurnalist Fuad Abbasovun vəkili Elman Paşayev bildirib.
O, dünən istintaq komitəsinə getdiyini dedi: “Mən onları tələsdirirəm. Hazırda dəqiqləşdirmələr gedir. Mən tələb edirəm ki, Fuad Abbasov orada olduğu müddətdə onu sorğu-sual etsinlər”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Vəkilin sözlərinə görə, F.Abbasovun ekstradisiyası mayın 28-dən daha tez ola bilər. E.Paşayev artıq müvafiq cərimənin ödənildiyini və bu barədə sənədləri səfirliyə apardığını dedi. Müsahibimizin sözlərinə görə, sənədlər F.Abbasovun olduğu yerə göndəriləcək və jurnalistin ekstradisiyası daha tez baş tuta bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda