Fuad Abbasovun vəkili: "Daha bir neçə gün səbrli olun"
“Fuad Abbasovun səhhəti normaldır. Onunla tez-tez görüşürəm. Hər şey qaydasındadır. Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları da Fuad Abbbasovla görüşüb səhhəti ilə maraqlanır”.
Minval.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Rusiyada saxlanılan azərbaycanlı jurnalist və bloger Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayev deyib.
Müvəkkili ilə mütəmadi görüşdüyünü deyən hüquq müdafiəçisi daha bir neçə gün səbrli olmağı məsləhət görüb:
“İyunun 6-da Fuad Abbasovun apellyasiya şikayətinə baxılacaq. Apellyasiyadan sonra bəlli olacaq ki, Fuad Abbasov Azərbaycana ekstradisiya oluna bilər, yoxsa yox”.
Qeyd edək ki, Rusiyanın Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verilib.
Fuad Abbasov bu il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu müğənnilərə Xəzər TV-də efirə çıxmağa qadağa qoyuldu (SİYAHI)
"Neftçi"nin oyununda sonunda dava: "Buna görə adam öldürürlər" - Video
“Satılır” sözünə görə cərimə yazılacaqmı? - Mübahisələrə nöqtə qoyuldu
Neftin qiymətində kəskin dəyişiklik olacaq - Venesuela hadisələri
Dövlət Komitəsi kişiləri ev işlərini görməyə çağırdı
Prezident İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi