Fuad Abbasov Putinlə dialoqundan, onun avtomobilini sürməsindən danışdı - VİDEO
Rusiyada saxlanılaraq, Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov “Yeni Müsavat”a açıqlama verərək, bundan sonrakı fəaliyyətini internetin olduğu hər yerdə qura biləcəyini dedi: “Mən fəaliyyətimi bir yerlə məhdudlaşdırmaq istəmirəm. 1 həftədir buradayam , Azərbaycan mediasını izləmək imkanım olmayıb. Ancaq dincəlmişəm, çünki həbsxana mühiti insanı çox yorur”.
Fuad Abbasov həmçinin Azərbaycan xalqının, o cümlədən medianın diqqətindən, dəstəyindən məmnun olduğunu ifadə etdi və bunun hər bir vətəndaşımız üçün olması gərəkdiyini vurğuladı.
Jurnalist özünün Rusiya mediasını ələ keçirməsi, bunun üçün pul verməsi ilə bağlı səslənən iddialara da aydınlıq gətirdi. Qeyd etdi ki, bundan sonra Rusiya kanallarına çıxacaq jurnalistlərin bu ölkənin deyil, məhz Azərbaycanın maraqlarından çıxış edəcəyinə ümid edir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Fuad Abbasov Putinlə dialoqundan da danışaraq bunun təsadüfi bir hadisə olduğunu və sonradan həbsi ilə bağlı Putindən hər hansı reaksiya gəlmədiyini də bildirdi.
Daha ətraflı təqdim etdiyimiz videomüsahibədən izləyə bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda