Fransa həddini aşdı: Türkiyəyə qarşı ŞOK TƏXRİBAT - FOTOLAR
Dekabrın 23-də Fransanın paytaxtı Parisdə Əhməd Kaya Mədəniyyət Mərkəzinə silahlı hücumdan sonra PKK tərəfdarları ilə əl-ələ verib Türkiyəni hədəfə alan, ittihamlar yağdıran Fransa mediası daha böyük qalmaqala imza atıb.
Musavat.com xəbər verir ki, qanlı hücumun arxasında Ankaranın dayandığını iddia edən Fransanın “France 24” telekanalı hücumla bağlı xəbərdə Türkiyənin bir hissəsini “qondarma Kürdüstan” kimi göstərib.
![]()
“Vətənsiz bir millət olan kürdlər: Bir əsrlik hüquq və muxtariyyət mübarizəsi” sözləri ilə başlayan verilişdə PKK-nın Avropa İttifaqının (Aİ) terror təşkilatı siyahısına salınmasından ümumiyyətlə bəhs edilməyib. Əksinə, elə qələmə verilib ki, guya PKK sadəcə Türkiyə tərəfindən terror təşkilatı kimi qəbul edilir.
Ötən ay baş verən hücumdan sonra Paris küçələrini döyüş meydanına çevirən PKK tərəfdarlarının “haqq axtarışında” olduqlarını iddia edən kanal açıq şəkildə terror təşkilatına dəstək verib.
Parisdəki etiraz nümayişlərində PKK bayraqları açıldıqdan sonra Fransanın Ankaradakı səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Musavat.com
![]()
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Britaniyanın yeni baş nazirinin adı məlum olub
Türkiyədə koronavirusa qarşı 13 vaksin hazırlanır
Böyük məbləğdə cekpot udulub, sahibi tapılmır
Britaniyanın baş naziri olmağa ən iddialı namizəd - Rişhi Sunak
Qatil ana uşağını öldürüb, cəsədini yandırdı - Foto
İrandakı terrorda şübhəli bilinən 22 nəfər saxlanıldı
Məşhur biznesmen eskort qadınla sevgilidir? - Foto