Əfqanıstanda soyuqdan 100-ə yaxın insan ölüb
Əfqanıstanda son 7 gündə 97 nəfər soyuqdan ölüb.
Məlumata görə, hipotermiyadan ölüm halları ölkənin şimal və cənubunda yerləşən 13 əyalətdə qeydə alınıb. Soyuqlar 25 min başdan çox mal-qaranın tələf olmasına da səbəb olub.
Əhali aclıqdan, işıq və içməli suyun, həmçinin yaşayış evlərinin isidilməsi üçün yanacağın olmamasından şikayətlənir.
Herat və Qəzni əyalətlərində sakinlər təhlükəsizlik qaydalarını pozaraq evlərini qızdırmaq üçün qazdan istifadə edirlər. Bunun nəticəsi kimi, Heratda 140-a yaxın insan dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib, Qəznidə isə 4 nəfər eyni səbəbdən dünyasını dəyişib.
Sinoptiklər Əfqanıstan üçün son dərəcə aşağı temperaturun bu həftənin sonuna qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edirlər.//Oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
ABŞ-dan İrana qarşı yeni nüvə strategiyası
OPEC+ neft hasilatını artırmır: Bazar gərginliyi artır