“Formula 1”də qəzaya düşən bolidi aparan evakuasiya maşını da qəza etdi - Video
“Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı xoşagəlməz hal baş verib.
Minval.info “Report”a istinadla xəbər verir ki, qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüsütü piyada keçidinə ilişib. Nəticədə keçid zədələnib. Kran isə qrılıb və ondan axan yağ bolidin üzərinə tökülüb. Əraziyə ikinci evakuasiya maşını gəlib. Yekunda Rasselin bolidini boksa gətirmək mümkün olub.
Beynəlxalq Avtomobil Federasiyası isə Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb. Buna səbəb Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin bolidinin lyuka ilişərək zədələnməsidir. Trek boyunca lüklərin sayının 300-dən çox olduğu bildirilir.
Sərbəst yürüş isə ləğv olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı