“Forbes” ən çox qazanan müğənniləri açıqladı - Siyahı
“Forbes” jurnalı ilin ən çox qazanan müğənnilərinin siyahısını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, siyahıya amerikalı müğənni Teylor Svift başçılıq edir.
O, bir il ərzində 185 milyon dollar gəlir əldə edib.
İkinci sırada isə 81 milyon dollarlıq gəlirlə Beyonsdur. İlk üçlüyü isə illik gəliri 62 milyon dollar təşkil edən Rihanna qapayır.
Növbəti yerlərdə Ketti Perri (57,5 milyon dollar), Pink (57 milyon dollar), Ariana Qrande (48 milyon dollar), Cennifer Lopes (43 milyon dollar), Ledi Qaqa (39,5 milyon dollar), Selin Dion (37,5 milyon dollar) və Şakira (35 milyon dollar) qərarlaşıb.
Qeyd edək ki, ən çox pul qazanan 10 müğənni bir ildə ümumilikdə 645,5 milyon dollar əldə edib ki, bu da ötən illə müqayisədə 28,5 faiz çoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır