Flora xərçəng xəstəliyinə tutulmuş Mehmandan yazdı: “Bu sınaqdan kişi kimi çıxacaqsız”
Xalq artisti Flora Kərimova xərçəng xəstəliyinə tutulmuş tanınmış bloqer Mehman Hüseynovdan yazıb.
Minval.info xəbər verir ki, sənətkar Mehmana teziklə sağalmağı arzulayıb:
“İgid odur atdan düşər, atlanar”. Mehman, siz bu xalqın övladısız, siz bu millətin oğlusuz! Keçdiyiniz sınaqlardan alnıaçıq çıxdığınız kimi bu can sınağından da kişi kimi çıxacaqsız!
Yaradan sizə qıymaz! Gücüm dualara çatır, onu da əsirgəmirəm sizdən və sizlərdən. Kədərlənmək, üzülmək, büdrəmək, uğursuzluq sizdən uzaq olsun! Üzünüzdən saf gülüş əskilməsin!”
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Kərimovanın paylaşımına şərh yazan Brilliant Dadaşova da Mehmana sağlamlıq arzulayıb:
“Florıçka, mənim gözəlim, Allah bütün gəncləri qorusun. Tanımasam da, çox səmimi təbəssümü var. Allah sizi də bizə çox görməsin, səsinizlə daim sevindirəsiniz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda

