Flora Kərimova 5 il deputat maaşı alıb
Xalq artisti Flora Kərimova 5 il deputat maaşı aldığını açıqlayıb.
OLAY yazır ki, bu barədə o, Dadaş Dadaşlinskinin qonağı olarkən danışıb.
F. Kərimova deyib ki, deputatlığa namizədlik verib, lakin bu, alınmayıb: “Əlimdən aldılar, Avropa məhkəməsinə verdim beş il deputat maaşı aldım. İndi Milli Məclisin fəaliyyətini izləmirəm. Mənə nəticəsi maraqlıdır. Ürəyimcə çıxış edən millət vəkili var. Olmasa, bədbəxt millət olardıq. Vuruşan, savaşan, sözünü sonadək deyən…
Onların sözü özü də yerini tapır. Yaşadığım ərazinin millət vəkilinin kim olduğunu isə bilmirəm. İşim düşməyib. Ümumiyyətlə mən kiminsə qapısını xahişlə döyməmişəm. Kimsəyə “mənim arxamda durun”, “məndən danışın” deməmişəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır