Əflatun Amaşov Moskvada həbs olunan azərbaycanlı jurnalistdən yazdı
Tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilir. Məlum olduğu kimi, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
O, F.Abbasovun Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etdiyini bildirib:
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
“Fuad Abbasov tanınmış jurnalistdir. Özünün mövqeyində hər zaman ardıcıllığı ilə fərqlənir. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir. Xüsusən də jurnalist kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi ciddi şəkildə narahat etməkdədir”.
MŞ sədri jurnalistin vəkili Elman Paşayevlə əlaqə saxladığını qeyd edib:
“Onun bildirdiyinə görə, jurnalistə qarşı fiziki təzyiq də göstərilib. Görünür ki, jurnalistlə bağlı müəyyən maraqlı qüvvələr var. Bu hal da narahatlıq və təəssüf doğurur. Ümumən durumu Rusiyanın jurnalist təşkilatları ilə də daim müzakirə edirik. Baxmayaraq ki, F.Abbasovun deportasiyası barədə qərar verilib, inanırıq ki, yekunda məsələ ədalətli həllini tapacaq”, – Ə.Amaşov əlavə edib.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı