Finişə çatan idmançını ildırım vurub öldürdü
ABŞ-ın Kanzas ştatında yerləşən Elk-siti parkında qaçışçını ultramarafonun finişinin yaxınlığında ildırım vurub.
Bu barədə BBC News məlumat verib.
Tomas Stenli adlı 33 yaşlı qaçışçı 50 km-lik məsafəni qət edib, finiş xəttinə yaxınlaşarkən bədbəxt hadisənin qurbanına çevrilib. İldırım vuran idmançıya digər qaçışçılar, təşkilatçılar yardım etməyə çalışsalar da, o, aldığı travmalar nəticəsində vəfat edib.
İdmançının Eşli adında həyat yoldaşı və 3 övladı qalıb.
Stenlinin medalını həyat yoldaşına təqdim ediblər.
Yarışın təşkilatçıları sosial şəbəkələrdə qeyd ediblər: “Tomasın ailəsi deyir ki, ildırım vurma nəticəsində ölmək şansı milyonda birə bərabərdir. Elə Tomas da milyonda bir adamlardan idi”.
Qeyd edək ki, yarışdan öncə bu regionda güclü şimşək olacağı ilə bağlı məlumatlar verilibmiş.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanov: “Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq”
“Qarabağ” 300 min təklif edib” –braziliyalı agent
Futbol tarixində rekord transfer təklifi və dünyanın ən yüksək məvacibi…
Şəhriyar Məmmədyarov: “Gözəl oynamışdım, amma qapıda Buffon dayanmışdı"
Azərbaycan millisi Xorvatiyaya qarşı - Start heyətlər
Rusiyalı hakim “Neftçi”nin ermənilərlə danışılmış oyunlarını açıqladı
"Barselona" maliyyə problemləri səbəbindən Qrizmannı satır