Filarmoniya "gecə klubu"na çevrilib — Mədəniyyət Nazirliyi hara baxır?! (VİDEO)
Aprelin 4-nə açılan gecə Nizami küçəsindəki gecə klublarından birində baş verən partlayış cəmiyyəti iki qütbə ayırdı. Yarısı Allahın qəzəbindən qorxub, həmin gecə klubda “stress atanlar”a lənət oxudular, yarısı da dedi ki, “Avropaya gedən yol gecə klubundan keçir”. Nəticə odur ki, əvvəllər “bildiyim özümə qalsın” deyib, fikrini gizli saxlayanlar məhz bu hadisədən sonra ayrı cəbhələrə bölünmüş sayıldılar. Hətta, bir evin içində bu fikir ayrılığından dolayı günlərlə danışmayan, bir-birinin fikrini qəti şəkildə tənqid edənlər oldu.
İki aya yaxın zaman ötüb o dəhşətli gecədən. Ölən öldü, qalana dərs olmadı. Hadisənin real səbəbini görməzdən gəlib, qəbul etmək istəməyib, özünü Allahın sınağından sivişib çıxmış hesab edənlər oldu. Hələ də Bakının səssiz gecələrinin sükutunu pozan, qaranlığına “işıq saçan” klublar var. Ən pisi də budur ki, belə klublar MƏDƏNİYYƏTİN bir parçasına çevrilib. Sözün hərfi, həm də məcazi mənasında…
Bu görüntülər üçün pilləkanları aşağı düşməyə ehtiyac yoxdur. Bu gecə klubuna çox elitar ab-havalı, mədəniyyət qoxulu pilləkanları qalxmaqla, Müslüm Maqomayevin avazını duyaraq, ruhuna salam edərək daxil ola bilərsiniz.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Bəli, bizim Avropa mədəniyyətini həyat tərzinə çevirən, mədəniyyət ocağını klub hay-küyünə əsir edən gənclərimiz, bir də bu gənclərə “şərait yaradan” “insaflı adamlarımız” bu vur-çatlasını məhz burada – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediblər. Mədəniyyət Nazirliyinin nəzarətindən kənar düşən mədəniyyət ocağı gecə klubuna çevrilib. Görünən budur ki, Nizami küçəsindəki gecə klubunda yaşananla eyni tale bu mədəniyyət ocağını da gözləyir. Çıxış yolumuz isə budur: ya Allahın qəzəbini gözləmək, ya da Mədəniyyət Nazirliyinin qərarını…
https://youtu.be/PqdMyRw5HF4
https://youtu.be/xpUJu5G03RI
https://youtu.be/WBgIozTGvz0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"