Feyzullayevlərin milyonluq toyu: Prokuror nəvəsi gəlin oldu
Sentyabrın 12-də keçirilən və cəmiyyətdə böyük maraq doğuran milyonluq toyun gəlini Sitarə Feyzullayevanın ailəsi və sərvətinin mənbəyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Gəlinin atası, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin keçmiş rəis müavini Elgün Feyzullayevdir. Minval.info xəbər verir ki, Sitarə Feyzullayeva həm də respublikanın tanınmış hüquqşünaslarından biri, mərhum prokuror Bəhram Feyzullayevin nəvəsidir.
Toy mərasimində Azərbaycan şou-biznesinin ulduzları ilə yanaşı, tanınmış türk sənətçiləri də iştirak ediblər. Türkiyənin məşhur müğənnisi Demet Akalın, eləcə də xalq artistləri Aygün Kazımova, Röya Ayxan və digər sənətçilər qonaqlara unudulmaz anlar yaşadıblar.
Bəhram Bəhram oğlu Feyzullayev 1951-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra, 1973-cü ildən etibarən prokurorluq sistemində çalışıb. O, Şabran, Quba və Ağdaş rayon prokurorluqlarında müstəntiq və baş müstəntiq, Gəncə Nəqliyyat Prokurorunun baş köməkçisi, Gəncə Şəhər Prokurorunun müavini, Səbail rayon prokurorunun köməkçisi, Respublika Baş Prokurorluğunda istintaqa nəzarət idarəsinin böyük prokuroru, Təşkilat və Nəzarət İdarəsinin prokuroru, həmçinin Yevlax və Şirvan şəhər prokurorunun müavini vəzifələrində çalışıb. 2010-cu ildə təqaüdə çıxan Bəhram Feyzullayev, 2023-cü ilin yanvar ayında Türkiyədə vəfat edib və Ağcabədi rayonunda dəfn olunub.
Qeyd edək ki, mərhum prokurorun nəvəsi Sitarə Feyzullayeva hazırda SOCAR-ın Dubaydakı törəmə şirkəti olan “SOCAR International DMCC”də ticarət üzrə analitik vəzifəsində çalışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır