Fed faiz artırdı: Qlobal bazarlarda dalğalanma başladı
ABŞ Federal Ehtiyat Sistemi (Fed) qlobal maliyyə bazarlarının diqqət mərkəzində olan uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. 2023-cü ildən bəri ilk dəfə faiz artımına gedən Fed, faiz dərəcəsini 25 baz bəndi artıraraq 3,75% – 4,00% aralığına yüksəldib.
Minval.info xəbər verir ki, bu qərarın əsas səbəbləri arasında əmək bazarındakı güclü göstəricilər, yüksələn inflyasiya gözləntiləri və Fed sədri Kevin Uorşun inflyasiya ilə mübarizədə qətiyyətli mövqeyi yer alır. Qərarın elan edilməsindən sonra qlobal birjalarda və rəqəmsal aktivlər bazarında ciddi dinamika müşahidə olunub. ABŞ Senatında rəqəmsal aktivlərlə bağlı “CLARITY Act” qanun layihəsinin səsvermədən keçməməsi fonunda Bitcoin 75 min 780 dollara geriləyib, “Coinbase” birjasının səhmləri isə 10 faiz dəyər itirib. ABŞ-nin 10 illik istiqraz gəlirləri isə 5 faiz səviyyəsində dəqiqləşib.
Yaxın Şərqdə davam edən savaşın yaratdığı geopolitik risklərə baxmayaraq, ABŞ ehtiyatlarının artması nəticəsində “Brent” markalı neftin barreli 108,1 dollara, qızılın onsu isə 4 min 321 dollara enib. Fed-in faiz qərarı və istiqraz gəlirlərinin artması səbəbindən Nyu-York və Avropa birjaları günü mənfi zonada tamamlasa da, Asiya bazarlarında müsbət dinamika hökm sürüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada marketlərə siber hücumlar artıb
Brexit sonrası yaranan travma Brüsseli narahat edir
ABŞ-da iqtisadi çətinliklər seçki nəticələrinə təsir edə bilər
ABŞ-da ara seçkilərdə diqqətlər mühüm ştatlara yönəlib
Böyük Britaniyada köhnə analoq telefon şəbəkəsi yenilənir
Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma